Rusiyanın Krasnodar, Dağıstan və Adıgey bölgələrində İŞİD terror qruplaşması üçün maliyyə vəsaiti toplayan dəstənin qarşısı alınıb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən informasiya yayılıb.
Məlumata görə, dəstənin 3 üzvü aparılan operativ əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Dəstə üzvləri xeyriyyəçilik adı altında İŞİD-in maliyyələşməsi üçün pul toplayıblar. Onların qruplaşmanın maliyyələşməsi üçün topladıqları məbləğin miqdarı 10 milyon rubldan artıq olub.
Faktla bağlı cinayət işi açılıb.