
Quba rayonunda güclü külək bir sıra fəsadlar törədib.
Bizimaz.az bildirir ki, “Report”un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Atuc kəndində Fəzail Əlipaşayevə məxsus evin və həmkəndlisi Daşdəmir Aslanovun həyətindəki tövlənin dam örtüyü uçub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, ev sahibi F.Əlipaşayeva damın yararsız vəziyyətə düşməsi səbəbindən maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.