ABŞ-da azərbaycanlı iş adamı güllələnərək öldürülüb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Şərqi Çarlotte şəhərində yerləşən «Fixer Electronic Repair» dükanının sahibi, 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib.
Yaralı xəstəxanaya çatdırılsa da orada dünyasını dəyişib. Şahidlərin dediyinə görə, onu güllələyən, mağazadan oğurluq etmək istəyən şəxs olub. Polis də cinayətin soyğunçuluq səbəbi ilə edildiyini bildirib.
Axtarışlar davam etsə də cinayətkar hələ yaxalanmayıb.