Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə paytaxtın Yasamal rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 11-də saat 16 radələrində paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsində 2 nəfərin münaqişə zəminində Saatlı rayon sakini Emin Şəmiyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmələri barədə daxil olan məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.
F.Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.