Xəbər lenti


“İrşad” Telekomun ötən il gənc yaşında dünyasını dəyişən təsisçisi və rəhbəri İrad Hacıyevin ölümü işi ilə bağlı qəbul edilən qərar ailənin narahatlığına səbəb olub.

 

Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, İ.Hacıyevin yaxın qohumu Mətanət Əzizova onun ölümünün intihar kimi qiymətləndirilməsinə etiraz edib. Hacıyevin əmisi qızı bildirib ki, iş adamının ölümü yenidən araşdırılmalıdır. O iddia edib ki, Hacıyevi öldürüblər:

“İrad Hacıyev əmim oğludur. “İrşad” Telekomun təsisçisi və rəhbəri idi. Ayrı uğurlu biznesləri də var idi. Son vaxtlar anasının sağlamlığı ilə məşğul idi.

Ümumiyyətlə anasına çox bağlı idi. Ölüm günündən 2 gün sonra anasını İsrailə növbəti müayinəyə aparacaqdı. Biletləri də əlində idi. Şəxsi həyatı isə şəxsi həyatdır, öz sevincləri və kədərləri ilə.

Və birdən bu insan həyatdan yox oldu, 4 ay əvvəl müəmmalı şəkildə rəhmətə getdi. KİV-lər müxtəlif versiyalar yazdı, istintaq getdiyi üçün qohumlar susdu ki, nəyəsə mane olmayaq. Ancaq gərək susmazdıq.

Çünki İrad Hacıyev intihar etməyib, İrad Hacıyevi öldürüblər və maraqlı şəxslər bunu ört-basdır etməyə çalışır”.

M.Əzizova bildirib ki, İradın ölümü araşdırılan zaman evdən heç bir əl izi götürülməyib:

“İradın meyitini evdə tapırlar, ancaq evdə heç bir istintaq addımları atılmır, hadisə yerindən əl izləri götürmür, yaxın qohumların ifadəsi dinlənilmir, hətta yaxın qohumların onlara təqdim etdiyi versiyalar araşdırılmır.

Rəsmi sənəddə İradın ölüm səbəbi kimi intihar yazılıb. Kimlərsə maraqlı idi onun ölümündə. İradın biznesi və pulları kimə maraqlı idisə, onlar da onu öldürüb”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun 14 sentyabr tarixindəı yaşadığı evdə meyiti aşkar edilib. Onun intihar etdiyi rəsmən açıqlanıb.

19 Fevral 2025 Fuad Muradova 6 il 6 ay həbs verildi
27 Dekabr 2024 Plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi açıldı
26 Dekabr 2024 Qazaxıstanlılar dəstək olmağa davam edirlər
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov