Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bizimaz.az bildirir ki. "Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı çıxışında onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Ziya Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və Ramil Bəkirovu biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon 18 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işində tanınmış deputatlardan birinin oğlunun adı zərərçəkmiş qismində tanınır. Deputat oğlunun 100 min manat pulunun dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.