Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin Tekistilşiki rayonunda, Qrayvaronovskiy küçəsi, ev 12 ünvanında yerləşən "Starıy Baku" kafesi yanıb.
Bizimaz.az bildirir ki, "Report"un Rusiya bürosu xəbər verir ki, yaşayış binasına bitşik olan kafenin damında baş verən yanğına səbəb elektrik cərəyanında baş vermiş qısaqapanma olub.
Yanğın zamanı kafenin əməkdaşları və müştərilər evakuasiya edilib. Hadisə yerinə gələn hüquq mühafizə və yanğınsöndürmə orqanlarının əməkdaşlarının, həmçinin yerli azərbaycanlıların səyi nəticəsində yanğın söndürülüb.
Kafenin damından başqa, yaşayış binasına və yaxınlıqda yerləşən ticarət obyektlərinə zərər dəyməyib.
Kafenin sahibi, əslən Azərbaycanın Tərtər rayonundan olan Nicat İsmayılov hadisəyə elektrik cərəyanında olan gərginliyin artmasının səbəb olduğunu qeyd edib.