“E-Manat” ödəmə terminalından oğurluq edən yeniyetmə tutulub.
Bizimaz.az: Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, Yasamal rayon Polis idarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 736manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Araşdırmalar davam etdirilir.