Xəbər lenti



Gürcüstan paytaxtı Tiflis şəhərinin ətrafında yerləşən Kvemo Poniçala kəndində 35 yaşlı Ramiş Güləhmədov qətlə yetirlib.

 

Bizimaz.az bildirir ki, Report-un verdiyi xəbərə görə, hadisə dekabrın 26-da gecə saatlarında kənddə yerləşən kafelərdən birində baş verib.

R.Güləhmədovun həmkəndlisi Emil Əmirova 1 500 dollar məbləğində borcu olub. Borc üstündə yaranmış mübahisə nəticəsində E.Əmirov R.Güləhmədovu bıçaqlayıb. Bud nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya çatdırılsa da, qan itirməsindən onun həyatını xilas etmək mümkün olmayıb.

R.Güləhmədov evli və 3 azyaşlı uşaq atası idi.

Polis qətldə ittiham olunan E.Əmirovu “isti izlər”lə saxlayıb. O, günahını etiraf edib.

Faktla bağlı şəxsin ölümünə səbəb olan sağlamlığa qəsdən ağır zərər yetirmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 4 ildən 7 ilədək həbs cəzası gözləyir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov