Xəbər lenti


Xəbər verdiyimiz kimi, dekabrın 21-i axşam saatlarında Nobel prospektində baş vermiş dəhşətli yol qəzası zamanı Ləman Rafiq qızı Süleymanlı həlak olub.

1981-ci il təvəllüdlü Ləman Süleymanlı 16 yaşlı sərxoş "sürücü"nün qurbanı olub. Sürücülük vəsiqəsi olmayan Qurbanəli Qurbanov "Nissan" markalı avtomobillə yüksək sürətlə hərəkət edərək, L.Süleymanlını vurub və aldığı xəsarətlərdən o, hadisə yerindəcə dünyasını dəyişib.

Bizimaz.az  azxeber.com-a istinadən xəbər verir ki, qəzada dünyasını dəyişmiş gənc xanımla bağlı araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, Ləman Süleymanlı maliyyə sektorunda çalışır və məşhur övladıdır. Mərhum yoldaşları ilə işdən evə gələrkən yarıyolda fikrini dəyişərək, nənəsigilə getməyi qərara alıb. Bu zaman yol keçərkən onu maşın vurub.

Ləman Rafiq qızı Süleymanlı 1981-ci ilin aprel ayında Bakı şəhərində anadan olub. 1998-ci ildə Xətai rayonu 204 saylı orta məktəbini, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr, 2004-cü illərdə isə magistr dərəcələri üzrə bitirib. Əmək fəaliyyətinə bank sahəsində başlayan Ləman Süleymanlının son iş yeri "AzərTürkBank" olub. Bu bankda mühasib - şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan, rus və ingilis dillərində peşəkar biliklərə malik olan maliyyəçi xanım gənclər üçün təşkil olunan bir çox təlimlərdə mühazirələr söyləyib. Ölkəmizi beynəlxalq miqyaslı tədbirlərlə ləyaqətlə təmsil edib. 

Məhrumun atası Rafiq Süleymanlı əməkdar müəllimdir. Heydər Əliyev adına Liseydə çalışan R.Süleymanlı Xətai rayon Təhşil şöbəsinin müdir müavini olub. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanları zamanı sualların tərtibatında yaxından iştirak edib və qurumun eksperti olub. Filologiya üzrə fəlsəfə doktorudur.

Anası Pəri Süleymanlı isə "Evrika Liseyi"nin direktor müavinidir. Buna qədər isə Heydər Əliyev adına Liseydə direktor müavini olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. 

Daha bir istedadlı və parlaq bir gənc "trafik canavarı"nın qurbanı oldu. Daha dəqiq ifadə etsək, maşına qudurğan münasibət onun arzularını yarımçıq qoydu. Sonda qeyd edək ki, L.Süleymanlı subay idi.

19 Fevral 2025 Fuad Muradova 6 il 6 ay həbs verildi
27 Dekabr 2024 Plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi açıldı
26 Dekabr 2024 Qazaxıstanlılar dəstək olmağa davam edirlər
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov