Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonunda iş adamı qətlə yetirilib.
Bizimaz.az bildirir ki, Unikal.org dəhşətli qətlin təfərrüatları ilə bağlı məlumat əldə edib.
Belə ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirzaid oğlu dünən axşam saat 18:00-19:00 radələrində evə gələrkən avtomobilini Xətai rayonu, Sadıqcan küçəsində yaşadığı hündürmərtəbəli binanın qarşısında saxlayıb. Onun gəlməyini gözləyən qatil maşına yaxınlaşaraq, iki dəfə atəş açıb. Sonra avtomobilin qapısını açan şəxs və yaxud şəxslər onu bıçaqla qətlə yetiriblər. Mərhumun iki azyaşlı qızı var. Onun keçmiş MTN işçisi olduğu bildirilir.
Famil Fərhadoğlu