Xəbər lenti

28 yaşlı Şəmkir rayon sakini hər gün 6-7 ədəd iynə udur. Rayon xətəxanasında maraqlı hadisə baş verib.

Bizimaz.az-in  əldə etdiyi məlumata görə, rayon sakini, 28 yaşlı İsayev Eminayın 17-də Şəmkir Mərkəzi rayon Xəstəxanasına müraciət edib.

O bildirib ki, mədəsində narahatlıq hiss edir. Xəstənin müayinəsi zamanı MRT (Maqnit rezonans tomoqrafiya) çəkilib və məlum olub ki, onun mədəsində, bağırsaqlarında 200-dən çox tikiş iynəsi var. Xəstənin həyati təhlükəsi olduğunu düşünən həkimlər onu dərhal Bakıya Respublika Klinik Xəstəxanasına göndəriblər. Hazırda onun xəstəxanada olduğu deyilir.

Faktla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Oxu.Az-a verdiyi açıqlamasında bildirib ki, həmin şəxs xəstəxanaya özü müraciət edib:

“Həmin şəxs özü çox rahat şəkildə xəstəxanaya gəlib. Bildirib ki, bir müddətdir narahatlıq hiss edir. Həkimlər nə ilə bağlı narahatlıq duyduğunu soruşduqda, onlara bir iynə udduğunu deyib. MRT çəkilişi zamanı həkimlər gördükləri görüntüyə inana bilməyiblər. 28 yaşlı xəstənin mədə və bağırsaqlarında 200-dən çox iynə olduğu aşkarlanıb. Professorlar hadisənin necə baş verdiyini anlamağa çalışırlar. Bu insanın sağ qalması möcüzədir”.

P.Abubəkirov onu da əlavə edib ki, həkimlər xəstənin psixoloji problemləri olduğunu təsdiqləyəcək rəy çıxara bilmirlər:

“Xəstə ilə bütün profillərdən olan həkimlər görüşüb. Hazırda psixoloqlar, psixiatrlar onunla söhbət edir. Həkimlər xəstənin verilən bütün suallara adekvat və normal cavablar verdiyini deyir. Xəstədən bu iynələri nə üçün udduğu soruşulub. O deyir ki, artıq iki ildir iynə udur. Onun sözlərinə görə, yuxarıdan ona vəhy gəlib ki, hər gün müəyyən miqdarda (6-7 ədəd) iynə udsun.

Xəstənin əməliyyat olunması olduqca risklidir. Hazırda həkimlər bu istiqamətdə nə edə biləcəklərinə dair iclas keçirir, fikir mübadiləsi aparır. Xəstə iki ildir bu vəziyyətlə yaşayır. Əməliyyat zamanı onun ölmə ehtimalı böyükdür.

Xəstənin ailəsi xəstəxanaya gəlib və onu evə aparmaq istədiklərini deyiblər. Həkimlər onun vəziyyətini ailəsinə izah etməyə çalışsalar da, ailəsi israrla bütün məsuliyyəti öz üstlərinə götürdüyünü deyərək onu evə aparıblar”.

19 Fevral 2025 Fuad Muradova 6 il 6 ay həbs verildi
27 Dekabr 2024 Plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi açıldı
26 Dekabr 2024 Qazaxıstanlılar dəstək olmağa davam edirlər
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov