Xəbər lenti

Bakıda vəzifəli şəxsin törətdiyi dəhşətli qətllə bağlı ŞOK GERÇƏK - Həkim AÇIQLADI
 2 gündür ki, mətbuatda və ictimaiyyət arasında Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş vermiş dəhşətli qətl hadisəsi müzakirə edilir.

Bizimaz.az Publika.aza istinadən  xəbər verir ki, ilkin araşdırmalar zamanı “Buta Palace”nin art-direktoru Taxveli Ramiz Pərviz oğlunun həyat yoldaşı, 30 yaşlı Adelya Taxvelini Rəşid Behbudov küçəsindəki 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən atarkən THC növlü marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış ağır psixi vəziyyətdə olduğu müəyyənləşib. O, artıq həbs edilib.

Tanınmış psixiatr Orxan Fərəcli Publika.az-a bildirib ki, barbituratlar tibbdə yuxusuzluqdan əziyyət çəkənlərə kömək etmək üçün istifadə olunur: “Lakin bu maddə nəinki, marixuanaya qarşı, heroin, digər həlledicilərə qarşı psixi və davranış pozuntuları yarada bilər. Adətən bu kimi hallar yaşananda xüsusi amansızlıqla törədilmiş cinayətlərin rastgəlinmə faizi də artır. Yəni, “həmişə belə olacaq” demək mümkün deyil. Lakin bu kimi ağır halların yaranması üçün xüsusi zəmin olmalıdır. Uzun müddətli yuxusuzluq, bir çox maddələrin qarışdırılaraq qəbulu, alkoqolla marixuanın birgə istifadəsi və sair hallar ağır fəsadların baş verə biləcəyinə, xüsusi amansızlıqla törədilmiş cinayətlərə müəyyən zəmin hazırlaya bilər. Hadisə vaxtı psixi durumu müəyyənləşdirmək, cinayəti törətmiş şəxsin anlaqlı və ya anlaqsız vəziyyətdə olması məhkəmə-tibbi ekspertizası tərəfindən müəyyənləşdiriləcək bir məsələdir”.

Qeyd edək ki, hadisə dekabrın 10-na keçən gecə baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir. Əri tərəfindən qətlə yetirilən Adelya Taxveli “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.

19 Fevral 2025 Fuad Muradova 6 il 6 ay həbs verildi
27 Dekabr 2024 Plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi açıldı
26 Dekabr 2024 Qazaxıstanlılar dəstək olmağa davam edirlər
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov