Tiflis Beynəlxalq Hava Limanı güclü duman ucbatından bir neçə təyyarəni qəbul edə bilməyib.
Bizimaz.az Axar.aza istinadən xəbər verir ki, bu barədə Tiflis Hava Limanının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, “Qətər Eyrveys” şirkətinin Dohadan Tiflisə uçan təyyarəsi güclü dumana görə Bakıda yerə eniş edib. “Ukrayna Hava Yolları”na məxsus təyyarə Kutaisidə, “Eyr Astana”ya məxsus Alma-Atıdan havaya qalxan təyyarə isə Aktauda eniş edib və nəticədə reys tam ləğv olub. Bunlarla bərabər Moskva-Tiflis, İstanbul-Tiflis reyslərini də icra etmək mümkün olmayıb.