Xəbər lenti


Noyabrın 30-da Türkiyənin İstanbul şəhərində ölümlə nəticələnən atışma olub.

 

Bizimaz.az xəbər verir ki, bu barədə Musavat.com-a İstanbuldakı mənbələrdən məlumat verilib. Bildirilib ki, hadisə mübahisə zəminində baş verib. Əhmədli Ruslan kimi tanınan qanuni oğru aldığı güllə yarasından həyatını itirib. Ona atəş açan şəxsin də Azərbaycan vətəndaşı - Nicat adlı idmançı olduğu bildirilir.

Məlumata görə, Nicat son vaxtlar öz çevrəsində deyirmiş ki, o, oğru dünyasının əsas adamlarından olacaq. Kriminal aləmdə tanınmadığı, xüsusi çəkisi olmadığı deyilən birinin bu iddiaya düşməsi oğru aləmində xoş qarşılanmayıb. Nicatla görüşüb, söhbət etmək 14 il qapalı rejimli həbsxanada cəza çəkmiş, oğru dünyasının avtoritetlərindən Ruslana həvalə edilib. Mənbə deyir ki, o, ötən gün Nicatı ofisinə çağıraraq, onunla söhbət edib. Hər iki azərbaycanlının söhbəti mübahisəyə çevrilib. Bu zaman əsəblərinə hakim ola bilməyən Nicat üstündəki odlu silahı çıxararaq Ruslana iki dəfə atəş açıb. Ruslan aldığı güllə yarasından yerindəcə keçinib. Hadisə “Vadi İstanbul” deyilən ərazidə baş verib.

Bildirilib ki, hər iki şəxs vaxtilə mərhum Rövşən Lənkəranskinin yanında olublar. Rövşənin ölümündən sonra o çevrədən ayrılıblar.

Nicat əslən cənub bölgəsindəndir. Ruslanın da Lənkərandan olduğu, amma Bakının Əhmədli qəsəbəsində doğulduğu deyilir.

2016-cı ilin yayında Rövşən Lənkəranski İstanbulda qanuni oğruların toplantısı keçirərkən Ruslan Əhmədliyə qanuni oğru titulu verib, ona tacqoyma mərasimi keçirib.

Qatilin hadisə yerindən qaçdığı, hələ də saxlanılmadığı da gələn xəbərlər sırasındadır. Nicatın boksçu olduğu və bir neçə dəfə ölkə üzrə çempion olduğu deyilir.

19 Fevral 2025 Fuad Muradova 6 il 6 ay həbs verildi
27 Dekabr 2024 Plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi açıldı
26 Dekabr 2024 Qazaxıstanlılar dəstək olmağa davam edirlər
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov