Xəbər lenti


Bakıda qadın dəm qazından boğularaq ölüb.

 

Bizimaz.az Publika.aza istinadən  xəbər verir ki, Nizami rayonu Keşlə qəsəbəsi, Y.ASəfərov küçəsində yaşayan 1951-ci il təvəllüdlü Əmirova Aybəniz Qurban qızının yaşadığı mənzilin hamam otağından meyiti tapılıb.

Ailə üzvləri onun hamamdan çıxmadığını görərək qapını açıblar və dəhşətli mənzərə ilə qarşılaşıblar.

Məlum olub ki, A.Əmirova dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, havaların soyuması ilə dəm qazından zəhərlənmə və ölüm hallarının sayı artıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov