Bakıda ölümlə nəticələnən daha bir yol qəzası baş verib.
Bizimaz.az bildirir ki. DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 19-da saat 23 radələrində Qaradağ rayonu ərazisində - Kənar dairəvi yolda Bakı şəhər sakini Sabir Vəliyev idarə etdiyi "Chevrolet” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Zaur Əliyevin idarə etdiyi "DAF” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə S.Vəliyevin sərnişini, arvadı Gülgəz hadisə yerində ölüb.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.