Xəbər lenti



Heydər Əliyev Beynəlxalq Hava Limanının "Operations Control Center” (OCC) dispetçer mərkəzinin məlumatlarına əsasən, AZAL aviaşirkətinin təyyarələri dünən rusiyalı həmkarlarından Moskva səmasında hər hansı təhlükə barədə məlumat almayıblar.
 Bizimaz.az bildirir ki, Unikal.org AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, AZAL-ın təyyarələri havada təyyarələrin toqquşmasının qarşısını almaq üçün nəzərdə tutulmuş TCAS sistemi ilə təchiz ediliblər. TCAS sistemindən də hər hansı təhlükə ilə bağlı məlumat daxil olmayıb.
 
O da əlavə olunub ki, belə bir hadisə baş veribsə, Bakıdan uçan təyyarə AZAL aviaşirkətinə aid olmayıb.
 
* * *12:58
 
Moskva səmasında sərnişin təyyarələri son anda toqquşmadan qaça biliblər.
 
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə dünən, noyabrın 15-də baş verib.
 
Moskvanın "Domodedovo” hava limanından Penzaya uçan təyyarə Bakıdan "Vnukovo” hava limanına uçan təyyarə ilə toqquşma təhlükəsi yaşayıb.
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov