Bu gün Ali Məhkəmədə AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Bizimaz.az bildirir ki, Unikal.org-un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, G.Bayramlının cəzası 2 ay azaldılıb.
Qeyd edək ki, rəsmi məlumata əsasən, G.Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.
Qazax Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.