Bakıda avtobus süpürgəçi qadını vuraraq öldürüb.
Bizimaz.az "Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun "Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. "Daewoo” markalı avtobus yolda təmizlik işləri aparan Bəsti (soyadı hələlik məlum deyil) adlı qadını vuraraq öldürüb.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.
O bildirib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb:
"Piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 90 DX 135 "Hunday” markalı avtomobil 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Təəssüf ki, qadın hadisə yerində dünyasını dəyişib”.
V.Əsədov bildirib ki, sürücü Şirinov Murğuz Yavər oğludur. Faktla bağlı araşdırma başlayıb.