Tovuzda qadın dərmandan zəhərlənib.
Bizimaz.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Əliyeva Səadət Cümşüd qızı evlərində dozadan artıq dərman qəbul edib.
Qadın zəhərlənmə diaqnozu ilə Tovuz rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.