Qusar şəhərində intihar hadisəsi baş verib. Bizimaz.az report-a istinadən məlumatına görə, 1956-cı il təvəllüdlü yerli sakin Mahmud Əlipoladov özünü həyətindəki yardımçı tikilidə asıb.
M.Əlipoladovun 3 uşaq atası olduğu bildirilir. O, əvvəllər Qusar Meşə Təsərrüfatı İdarəsinin müdir müavini olub.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Bundan əvvəl Quba sakini özünü Samur-Abşeron kanalına ataraq intihar edib.