Sumqayıtda restoranların birində məzhəkəçilik (kloun) edən qadın naməlum şəraitdə ölüb.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən restoranlardan birində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1964-cü il təvəllüdlü Məmmədova Mahinur Əhəd qızı restoranda məzhəkəçilik edərkən qəflətən dünyasını dəyişib. Ekspertiza zamanı onun içkili olduğu məlum olub.
Onun ölüm səbəbi isə hələlik məlum deyil.