Bakıda fəhlə faciəli şəkildə ölüb.
Bizimaz.az: report-a nistinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb. "Bakıinşaatsənaye" ASC-də fəhlə işləyən Şamaxı rayon sakini, 1998-ci il təvəllüdlü Qəhrəman Sabir oğlu Mahmudlu yayma dəzgahının birləşdirici muftaları arasında qalaraq dünyasını dəyişib.
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma başlanıb.