Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılov onun partnyorlarının azərbayanlı avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətlində iştirak etmədiyini açıqlayıb.
Bizimaz.az: Bu haqda TASS agentliyinə İsmayılovun vəkili Marina Rusakova bildirb.
Vəkilinin sözlərinə görə, onun müdafiə etdiyi şəxs bir sıra KİV-lərdə gedən informasiyanı təkzib edir. Həmin informasiyalarda azərbaycanlı “qanuni oğru”nun qətlində İsmayılovun keçmiş partnyorların iştirakından danışılırdı.
Xatırladaq ki, Lənkəranski 2016-cı ildə İstanbulda qətlə yetirilib.