Xəbər lenti



Britaniyanın "Daily Mail” tabloidi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın yeni görüntülərini yayıb.
 Bizimaz.az:  Görüntülərə əsasən öz bədxərcliyi ilə son həftələrdə dünyada məşhurlaşan xanım Hacıyeva London Naytsbricdəki malikanəsindən çıxaraq itlə gəzintiyə yollanır.
 
Xəbər verildiyi kimi London Yüksək Məhkəməsi cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində və Milli Kriminal Agentliyin iddiası əsasında Zamirə Hacıyevanın aktivlərinə həbs qoyub. Bunlar Londonun Naytsbirc rayonunda dəyəri 15 milyon funt sterlinqə yaxın olan malikanə, 11 milyon funt sterlinq dəyəri olan qolf-klub, 50 milyon dollara yaxın dəyərində olan "Gulfstream” təyyarəsi daxildir. Habelə üzə çıxıb ki, Zamirə Hacıyeva təxminən 10 il ərzində-ərinin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə həmin bankın verdiyi 35 kredit kartı ilə Londonun ən bahalı alış-veriş mərkəzi olan "Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib.
 
Belə görünür ki, reportyorlar bu bədxərcliyinə və Böyük Britaniyada çirkli pullar hesabına əldə edilmiş aktivlərin müsadirəsinə icazə verən qanunun tətbiq edildiyi ilk xarici vətəndaş olmasına görə sürətlə məşhurlaşan Zamirə Hacıyevanı malikanəsinin qarşısında güdüblər. Və iti ilə gəzintiyə çıxarkən onun fotolarını çəkə, habelə itinin və geydiyi paltarın dəyərini hesablaya biliblər.
 
Belə məlum olub ki, xanım Hacıyeva gəzintiyə yollanarkən idman üslubunda geyimdə olub, bu geyimin ümumi dəyəri 8500 funt sterlinqdir. Hacıyevanın nadir pomerants cinsindən olan ev iti isə 10 min funt sterlinq dəyərindədir.
 
Zamirə Hacıyeva malikanəsinin yaxınlığında itini gəzdirərkən 625 avro dəyərində "Gucci Ace” krassovkasında, 530 funt sterlinq dəyərində zolaqlı "Gucci” trikotaj idman şalvarında və 290 funt sterlinq dəyərində "Miu Miu” günəş eynəyində olub.
 
Onun çantası isə xüsuilə bahalıdır, Hermes şirkətinin ‘Constance’ brendindən olan əl çantasının qiyməti 6500 funt sterlinqdir. Hacıyevanın qara rəngli və jurnalistlərin hansı markadan olduğunu müəyyən edə bilmədikləri gödəkçəsi isə 800 funt sterlinqə yaxın dəyərləndirilib.
 
İtin aksessuarları isə təxminən 1000 funt sterlinq dəyərində qiymətləndirilib. Qəzet yazır ki, bu cinsdən olan itə qulluq üçün ildə orta hesabla 1500 funt sterlinq tələb olunur. Beləliklə, Hacıyeva 6 ildə bu itə təxminən 8745 funt sterlinq xərcləmiş sayılır.
 
Xatırladaq ki, indi 55 yaşlı Hacıyeva Britaniyada əldə etdiyi aktivlərə xərclənən pulların qanuni yollarla qazanıldığını məhkəmə qarşısında sübut etməlidir. Sübut edə bilməsə həmin aktivlər müsadirə olunacaq.
 
 
 
19 Fevral 2025 Fuad Muradova 6 il 6 ay həbs verildi
27 Dekabr 2024 Plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi açıldı
26 Dekabr 2024 Qazaxıstanlılar dəstək olmağa davam edirlər
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov