Xəbər lenti


Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Asif Abdullayevin avtomobilində oğurluq olub.
Bizimaz.az:  bu barədə vəkilin özü məlumat yayıb.
 
Bildirib ki, naməlum şəxs vəkilin avtomobilinin şüşəsini qıraraq avtomobilə daxil olub, amma heç nə götürməyib: "Salonda benzin almaq üçün avtomobildə saxladığım 84 manat və Gürcüstan gəzintimizdən qalan 45 lari pul, mobil telefon, bahalı eynək, ətir və bir sıra digər şəxsi əşyalarım var idi. Hadisədən sonra avtomobilin salonunda əşyalar dağınıq halda idi. Bəzi sənədlər iki hissəyə parçalanmışdır”.
 
Asif Abdullayev bildirib ki, park edildiyi ərazidə təxminən 15-20 maşın olub lakin, naməlum şəxs yalnız onun avtomobilinə daxil olub: "Oxşar hadisə bir müddət öncə də baş vermişdir. Avtomobilimin bir güzgüsü zərbə nəticəsində sındırılaraq yararsız hala salınmış, digəri isə hadisə yerində ümumiyyətlə yox idi. O vaxt 102 xidmətinə məlumat verdim. 25-ci polis bölməsində hadisə ilə bağlı izahat da yazdım. Amma məsələnin araşdırılması və nəticəsi barədə bu günədək heç bir rəsmi məlumat almamışam. Dünən aşkar etdiyim bu hadisə barədə də 102 xidmətinə dərhal müraciət etdim və 25-ci polis bölməsinə ərizə təqdim etdim. Bəlkə də kimsə bu yolla mənə hədə-qorxu gəlməyə çalışır”.
 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov