Xəbər lenti




Bakıda şirkətdə güclü yanğın hadisəsi baş verib.
Bizimaz.az:  Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətinin ərazisindəki sexdə qeydə alınıb. Şirkətin çilingəri, 1988-ci il təvəllüdlü Mustafayev Adəm Alxan oğlu sexdə quraşdırılan motorxanada təmir işləri apararkən motorun kamerasında qəfil yanğın baş verib.
 
Yanğın zamanı xəsarətlər alan A.Mustafayev dərhal Respublika Yanıq Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı dünyasını dəyişib.
 
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (yanğın mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov