Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib.
Bizimaz.az: bu barədə jurnalist Türkan Məmmədli məlumat yayıb. O bildirib ki, Qoşqar Hacıyev hazırda komadadır: "Başında çox sayda qəlpə var, dəfələrlə beyin əməliyyatı keçirib. Qarabağ qazisi Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı mütəxəssisləri Neyrocərrah Dos. Dr. Özkan Tehli və Anestezioloq-Reanimatoloq Uzm. Dr. Serkan Şenkal tərəfindən ciddi nəzarətdədir”.
T. Məmmədli qeyd edib ki, Q. Hacıyevin müalicəsinin öncə Türkiyədə GATA-da davam etdirilməsi üçün müvafiq işlərə başlanılsa da, sonradan buna ehtiyac qalmayıb.