Bakıda 14 yaşlı qız eyvandan paltar asarkən yıxılaraq ağır xəsarət alıb.
Bizimaz.az: hadisə Biləcəri qəsəbəsi İsmayılov küçəsi 3 ünvanında baş verib.
O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, bud sümüyünün sınığı və qarnın küt travması diqnozu ilə xəstəxanaya gətirilən yeniyetmənin vəziyyəti orta ağırdır.