Dərbənddə üç işçi tikintidə yüksək hündürlükdən yıxılaraq ölüb.
Bizimaz.az: TASS-a istinadən xəbər verir ki, Dağıstanın güc strukturlarındakı mənbə ölənlərin azərbaycanlı olduğunu bildirib.
Məlumata görə, ilkin ehtimal kimi, onların hündürlükdən yıxılaraq öldükləri nəzərdən keçirilir. Eyni zamanda, hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.