Şabranda ağır qəzada həlak olan polis imiş.
Bizimaz.az: Şabran Rayon Prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, idarəetmə hüququ olmayan polis həmkəndlisinin maşını ilə qəza törədərək ölüb.
Rayonun Sincanboyad kənd sakini, Şabran Rayon Polis Şöbəsinin serjantı 1992-ci il təvəllüdlü Pərvin Əlixan oğlu Meylaverdiyev idarə etdiyi həmkəndlisi Samir Əliyevə məxsus VAZ2106 markalı, 50BD859 dövlət nömrə nişanlı avtomobili səhər saatlarında Bakı-Quba yolunun 122-ci kilometrliyində işıq dirəyinə çırpıb, nəticədə P.Meylaverdiyev hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.