Azərbaycanda axtarışda olan şəxs Rusiyada saxlanılaraq ölkəmizə ekstradisiya olunub.
Bizimaz.az: DİN-in Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılıb. Ç.Qasımov Azərbaycana ekstradisiya olunub.