Xəbər lenti


Bu dəqiqələrdə Türkiyədəki qaynaqlardan əldə etdiyimiz məlumata görə “Lotu Quli” ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifov sərbəst buraxılıb.

 

Bizimaz.az: O, bir neçə gün əvvəl polis tərəfindən saxlanılmışdı və daha sonra barəsində deportasiya qərarının çıxarılması üçün miqrasiya xidmətinə göndərilmişdi. N. Səlifov bir neçə gündür miqrasiya xidmətində saxlanılırdı. Onun Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıldığı bildirilirdi.

Məlumata görə məhkəmə “Lotu Quli”nin Türkiyədən deportasiya edilməsinə dair Miqrasiya İdarəsinin qəbul etdiyi qərarı ləğv edib. Beləliklə, onun Türkiyədə yaşaması üçün hazırda hüquqi baxımdan heç bir əngəl qalmayıb və məlumata görə “Lotu Quli” bundan sonra da İstanbulda yaşamaqda davam edəcək.(virtualaz)

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov