Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana silahlı hücuma olub.
Bizimaz.az: İş adamı İstanbulda Beykoz ərazisində maşınında atəşə tutulub. Naməlum şəxs tərəfindən Karamanın cipinə atılan 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Əraziyə xeyli sayda polis cəlb edilib və araşdırmalara başlanılıb.
Hadisəni törədən 2 nəfər türkiyə vaxtı ilə gecə saat 04.00 radələrində tutulub. Onlar cinayəti 1 tapança və 2 ov tüfəngi ilə törədiblər.
Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun qızı Günel Məmmədova ilə Çırağan Sarayında evlənib. Azərbaycan Respublikası Prezidentinin Müvəkkili Musa Salam oğlu Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.