Krımın şərqində yerləşən Kerç şəhərindəki kolleclərin birində baş verən partlayışı törətməkdə şübhəli bilinən şəxs intihar edib. Bizimaz.az: "Ria-Novosti"yə istinadən xəbər verir ki, bunu Krımın başçısı Sergey Аksenov bildirib. Onun sözlərinə görə, hadisəni törədən şəxs 18 yaşlı, kollecin dördüncü kurs tələbəsi Vladislav Roslyakov olub.
Partlayışdan sonra Roslyakov otaqdakı tələbələrə atəş açıb və ikinci mərtəbəyə çıxaraq özünü kitabxanada öldürüb.
Qeyd edək ki, bu gün Krımın Kerç şəhərində texnikumlardan birində partlayış baş verib. Terror aktı nəticəsində 18 nəfər ölüb, 50-ə yaxın insan yaralanıb.