Xəbər lenti


Bakıda xəstəxanada müalicə alan qadın həkimləri döyərək xəsarət yetirib

Bizimaz.az:  Hadisə “Turan” klinikasında qeydə alınıb.

Belə ki, klinikada kosmetoloji əməliyyat üçün müraciət edən Fazilə Mahmudova sonradan həkimlərin məsləhəti ilə razılaşmayaraq onlara hücum edib. Daha sonra qadın klinikanın bir neçə həkiminə ağır xəsarətlər yetirib.

Xəsarət alanlar arasında sözügedən tibb müəssisəsinin dermatokosmetoloqu Jalə Həsənovanın səhhətinin ağır olduğu bildirilir.

J.Həsənova döyülməsi ilə bağlı faktı A24.az-a təsdiqləyib. Ciddi xəsarətlər alan J.Həsənova hazırda səhhətinin yaxşı olmadığını və müalicə aldığını bildirib. Çətinliklə də olsa, danışaraq suallarımızı cavablandıran J.Həsənova hazırda həkim qəbulunda olduğunu və sistem köçürüldüyü qeyd edib: “Sağlamlığım heç də yaxşı deyil. Hiss edirsinizsə, çətinliklə danışıram. Mənə xəsarət yetirən xanımın psixoloji durumu qaydasında deyil, eyni zamanda, çox aqressiv insandır. İlk əvvəl yanlış anlaşma oldu. Daha sonra o, şantaj xarakterli çıxışlar etməyə başladı. Bizdən hətta ödənişindən qat-qat artıq məbləğ tələb edib. Nə qədər başa salmağa çalışmışıq ki, sizin ödədiyiniz məbləğ bu yerlərə sərf olunub. Amma o, başa düşmək istəmirdi. Onun istədiyi kimi hərəkət edə bilmədiyimiz üçün o, bu addımı atdı. Tək mən yox, bütün kollektiv onu başa salmağa çalışsaq da, alınmadı. O, nə etdisə, qərəzli surətdə elədi. Eyni zamanda, tək mənə yox, bir çox həkimlərə xəsarət yetirdi. Sadəcə mən üzdə olduğum üçün mənim döyülməyim daha tez qabardıldı. Daha çox mənəvi tramva almışam, nəinki, fizioloji xəsarətlər. Gözlənilməz bir hadisə baş verdi, heç kim gözləmirdi ki, bir qadın hücum edib həkimlərə xəsarət yetirsin”.

J.Həsənova qeyd edib ki, Fazilə Mahmudova klinikada fizioterapevt kosmeteloji əməliyyat üçün prosedur keçib: “Bu üslubda üz-əzələ gərməsi həyata keçirilir. Bu iş də üzün bütün nahiyələri üzrə həyata keçirilir, amma göz qapağından başqa. Bu qadının da göz qapağında problem olduğu halda, estetik əməliyyat etdirmək istəyir. Daha sonra xoşuna gəlmədiyi halda, bunun da məbləğini şantaj yolu ilə bizdən, yəni klinikadan geri çıxarmaq istəyir”.

Qeyd edək ki, zərərçəkən döyülmə faktı ilə əlaqədar 34-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib.

19 Fevral 2025 Fuad Muradova 6 il 6 ay həbs verildi
27 Dekabr 2024 Plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi açıldı
26 Dekabr 2024 Qazaxıstanlılar dəstək olmağa davam edirlər
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov