1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə ötən gün evə buraxılıb.
Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, onların səhhətində hər hansı bir problem aşkarlanmayıb.
Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evə buraxılacaq. Onun vəziyyəti normaldır və şikayəti yoxdur.
istinad