Bakıda intihar hadisəsi baş verib.
Bizimaz.az APA-ya istinadən xəbər verir ki, hadisə Respublika Narkoloji Mərkəzində qeydə alınıb.
Orada müalicə alan, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Şahverdiyev Seymur Şahverdi oğlu otaqda özünü asıb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.