Xəbər lenti

Azərbaycan əsilli biznesmen Telman İsmayılovun qardaşı nəvəsi Bakıda həbs edilib. O, dələduzluqda və oğurluqda ittiham edilir.

 

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1986-cı il təvəllüdlü Vüqar Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Vüqar Babayev külli miqdarda dələduzluq edib. O, tanışının 230 min dollarını ələ keçirib. Bundan başqa, Vüqar Babayev kirayədə yaşadığı mənzilin əşyalarını oğurlamaqda da ittiham edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 177-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Vüqar Babayev özünü qismən təqsirli bilib. O deyib ki, oğurluq ittihamı ilə qətiyyən razı deyil.

Vüqar Babayev deyib ki, eyni binada yaşadığı tanışı ondan "Ferrari" almasını xahiş edib. Buna görə də ona 230 min dollar verib. Babayev deyib ki, maşının sənədləşdirilməsində problem olub və bu iş alınmayıb.

Sərbəst ifadə verən Babayev deyib ki, lüks maşın həvəskarı olub. Onun dediyinə görə, ən bahalı maşınları almağa, sürməyə böyük həvəsi var.

O, "Maseratti", "Ferrari", "Mersedes", BMV və bir çox məşhur avtomobil firmalarının lüks modellərinin sahibi olduğunu deyib. Maşınların qiyməti isə 200-500 min dollar arasında dəyişib.

Hakim ondan bahalı maşınları necə əldə etməsini, gəlir mənbəyini soruşub.

Babayev heç bir yerdə işləmədiyini, babasının Telman İsmayılovun qardaşı Çingiz olduğunu deyib. O bildirib ki, anası Telman İsmayılovun qardaşı Çingizin qızıdır.

Babayev deyib ki, istədiyi maşını alıb və bir neçə il sürüb. Yeni model çıxdıqda isə maşını sataraq yenisi ilə dəyişib. O, lüks avtomobillərini Bakıdakı avtomobil salonlarında satdığını deyib.

Məhkəmədə məlum olub ki, Babayev Bakıda yaşadıqları mənzili də satıb. Daha sonra isə kirayə mənzildə yaşayıb.

İttihamda göstərilir ki, Babayev kirayədə yaşadığı mənzildəki mikrodalğalı sobanı, qabyuyan maşını və televizoru da götürərək satıb.

Amma Babayev bununla razılaşmır. Deyir ki, həmin əşyalar xarab olduğu üçün atıb. Babayevin dedikləri məhkəməyə inandırıcı gəlməyib.

Hakim soruşub ki, xarab olan əşyaları niyə mənzilin yiyəsinə verməyib. Babayev deyib ki, bunu etmək ağlına gəlməyib və xarab olduğu üçün zibilxanaya atıb. O deyib ki, həmin əşyaların yerinə yenisini alacaqmış.

Məhkəmədə Babayevin yaxınlarından heç kim iştirak etməyib. Hakim bunun səbəbini soruşub. Babayev söyləyib ki, anası və ailəsi Moskvada yaşayır.

Babayevin xanımı istintaqda ifadə verən zaman deyib ki, evindən əşyalar aparılıb. Onun sözlərinə görə, əşyaları Vüqar Babayev aparıb.

Vüqar Babayev bunu ilk dəfədir eşitdiyini deyib. O bildirib ki, həyat yoldaşının bu cür ifadə verməsindən xəbərsizdir.

Məhkəmə iclasında zərərçəkmişlər iştirak etməyib. Hakim bildirib ki, növbəti prosesdə onlar ifadə verəcək.

19 Fevral 2025 Fuad Muradova 6 il 6 ay həbs verildi
27 Dekabr 2024 Plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi açıldı
26 Dekabr 2024 Qazaxıstanlılar dəstək olmağa davam edirlər
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov