Xəbər lenti



Xəbər verdiyimiz kimi, qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.

Dünya çempionu Xamis Məmmədovun müəllimi Nazim Məlikov Unikal.org-a açıqlamasında bildirib ki, idmançı “buxar hamamından” tərli-tərli soyuq havaya çıxdığı üçün xəstələnib:

“Xamis Məmmədov 5-6 aydır ölkədən kənara da çıxmayıb ki, deyildiyi kimi qripə tutulsun. Həftənin iki və ya 3-cü günü gedib buxar vannası qəbul edib. Oradan çıxdıqdan sonra sətəlcəm olub. Daha sonra özünü narahat hiss edib. Ailəsi ilə birlikdə həkimə yoxlanmağa gedib. 3 saylı Klinik Tibbi Mərkəzdə ona ağciyərində ləkə olduğunu və burada qalmasının vacibliyi deyilib. Bildirilib ki, idmançı sətəlcəm olub. Cümə axşamı və cümə günü ona sistem vurulub. Özünü yaxşı hiss edib. Orada da tapşırılıb ki, hərarətinin qalxmaması üçün nəzarət edilsin. 6-cı gün axşam həkim nəzarəti olmayıb. Otaq yoldaşıları da elə bilib ki, Xamis yatıb. Amma qızdırmadan keçinibmiş. Bu xəstəlik tutmamışdan əvvəl səhhətində heç bir problem olmayıb, sağlamlığı ilə bağlı narahatçılığını bildirməyib”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi açıqlamasında idmançımızın ölüm səbəbi kimi ağciyərlərin tromboemboliyasını göstərib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov