Xəbər lenti


"Azərbaycan” Nəşriyyatının baş direktoru ​​​​Ağabəy Əsgərova ağır itki üz verib.

Bizimaz.az xəbər verir ki, baş direktorun bacısı Pərixanm Məmmədova vəfat edib.

Allah rəhmət eləsin!

 
BDU-nun tələbəsi "donuz qripi"ndən ölüb? - RƏSMİ AÇIQLAMA
 Səhiyyə Nazirliyi Nərdanə Tağızadənin ölüm səbəbi ilə bağlı məlumat yayıb.

Yenixeber.org: Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb.

“Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb.

Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb”.

Məlumatda bildirilib ki, ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.

****

Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Nərdanə Tağızadə dünyasını dəyişib. Məlumata görə, ağır vəziyyətdə olarkən yerləşdirildiyi klinikalardan birinin həkimləri onun H1 N1 (donuz qripi), daha sonra isə leptospiroz virusundan vəfat etdiyini deyiblər. Ancaq ölüm kağızında onun ağ ciyər və ürək çatışmazlığından dünyasını dəyişdiyi yazılıb.

Nərdanə Tağızadənin təhsil aldığı Bakı Dövlət Universitetinin Tarix Fakültəsindən Publika.az-a verilən məlumata görə, qızın ölüm səbəbi onlara məlum deyil:

“Nərdanə bu il ali məktəbə daxil olub. Bu semestr imtahanlarının ikisində iştirak edib, sonrakı imtahanlara gəlməyib. Buna görə də ailəsi ilə əlaqə saxladıq, vəziyyəti öyrəndik. Lakin ölüm səbəbi barədə heç bir məlumatımız yoxdur”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov