Xəbər lenti

Rusiyada azərbaycanlılarla ruslar arasında dava olub.

Report-un məlumatına görə, hadisə iyunun 23-də Sverdlovsk vilayətinin Nijni Serqi şəhərində qeydə alınıb.

Belə ki, yerli klubların birində tərəflər arasında yaşanan mübahisə sonra əlbəyaxa davaya çevrilib. Nəticədə 1979-cu il təvəllüdlü Rufulla adlı soydaşımız baş nahiyəsindən ağır zərbə alıb və hadisə yerində keçinib. Faktla əlaqədar Nijni Serqi şəhər sakini, 1975-ci il təvəllüdlü Aleksandır adlı şəxs saxlanılıb və hazırda həkim nəzarətindədir.

Sosial şəbəkələrdə azərbaycanlılarla ruslar arasında kütləvi davanın olacağı haqqında məlumatlar yayıldıqdan sonra şəhərə əlavə qüvvələr gətirilib. Ancaq Kirov vilayətində Rusiya Xalqları Assambleyasının rəhbəri Elnur Hüseynov açıqlamasında hadisənin sosial şəbəkələrdə şişirdildiyini deyərək faktın Rusiya hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu və heç bir insident yaşanmadığını vurğulayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov