Xəbər lenti



Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov Bakı ilə Yerevan arasında əsirlərin "hamının hamıya" prinsipi ilə mübadiləsindən danışıb.

"...Əsirlərin dəyişdirilməsi "hamının hamıya" prinsipi ilə həyata keçirilib. Bundan əvvəl Rusiya sülhməramlıları Azərbaycan və Ermənistan tərəfləri ilə geniş hazırlıq işləri aparıb”, - deyə  RİA-Novosti R.Muradovdan sitat gətirib.

R.Muradov bildirib ki, nəticədə onun şəxsi nəzarəti altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə 12 nəfər Bakıya gətirilib və Azərbaycanın səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib. Azərbaycan tərəfi isə 44 nəfəri Ermənistana qaytarıb və o, onları Erebuni aerodromuna aparıb.

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov