Xəbər lenti



İsveçin Höteburq şəhərində azərbaycanlı iş adamına məxsus restoran yandırılıb.

 

Bizimaz.az bildirir ki, Axar.az Xeber.de-yə istinadən xəbərinə görə  , naməlum şəxs və ya şəxslər gecə saatlarında azərbaycanlı iş adamı Kənan Hacıəkbəroğluna məxsus “Vitt Hem-Qarabağ” restoranına "Molotov kokteyli" atıblar. Nəticədə restoran yanaraq, tam yararsız hala düşüb. Hadisə yerinə polis və yanğınsöndürənlər gəliblər.

K.Hacıəkbəroğlu bildirib ki, polis ona yanğından sonra məlumat verib:

“Mən əraziyə gəlib çatanda restoran tamamilə yanmışdı. İçəridən bir əşya belə çıxara bilmədik. Ehtimal var ki, içəri "Molotov kokteyli" bənzəri bir şey atıblar və bu da yanğına səbəb olub. Mən ermənilərdən şübhələnirəm. Ancaq istintaqın nəticəsini gözləməliyik. Görək, onlar nə deyəcəklər”.

Məlumat üçün bildirək ki, Kənan Hacıəkbəroğlu əslən Azərbaycanın Ağdam şəhərindəndir. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Sənan Rüstəmov adlı qardaşı qəhrəmancasına şəhid olub.

O, keçmiş batalyon komandiri Hacı Əkbər Rüstəmovun oğludur.

  • Facebook 
  •  
  •  
  •  
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov