Xəbər lenti

Azərbaycan Milli Məclisinin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihənin müzakirəsi zamanı deputat Tahir Rzayev bir sıra adlara iradını bildirib.

 

bizimaz.az Deputat deyib ki, layihədəki Astara rayonunun Qamışkovka kəndinin Qamışoba, Şəmkir rayonunun Qasım İsmayılov kəndinin Ağlavaşlı, Xızı rayonunun Şuraabad kəndinin Şorabad adlandırılması anlaşılan deyil: “Bu adları başa düşmək olmur. Qazax rayonunun Kommuna kəndinin Bala Çaylı, Göygöl rayonunun Mixayılovla kəndinin Bənövşəli, Xaçmaz rayonunun Krasnı Xutor kəndinin Şıxlı kəndi adlandırılması çox yaxşıdır. Bəzi adlar da var ki, digər ərazilər də var. Məsələn, Goranboy rayonunun Əzizbəyov kəndi Kəhrizli kəndi adlandırılır. Bu adda kənd Ağcabədidə də var. Bu məsələlərə diqqət edilərsə, yaxşı olar”.

Milli Məclisin Toponomiya Komissiyasının sədri İsa Həbibbəyli isə deputata cavab olaraq deyib ki, həmin adlar toponimlərə əsaslanır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov