Xəbər lenti

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akarla ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford arasında telefon danışığı olub.

 

bizimaz.az Bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü polkovnik Patrik Rayder bildirib.

“İki komandan İŞİD-in məğlubiyyəti də daxil omaqla Suriya məsələsi ilə bağlı davam edən müzakirələrdən danışıblar”, – deyə, sözçü vurğulayıb.

O, bildirib ki, Türkiyə ilə ABŞ NATO-nun açar üzvləridir: “İki ölkə arasında hərbi əlaqələr güclüdür”.

Qeyd edək ki, iyunun 4-də Vaşinqtonda ABŞ-Türkiyə əlaqələrinə dair danışıqlar olacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov