Bakı. 24 may. "ABŞ-ın Dini Etiqadlar Komissiyasının Azərbaycanda din xadimlərinin həbsi ilə bağlı yaydığı hesabatların heç bir əsası yoxdur".
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə qorunur: "Əvvəllər qeydə alınan iki-üç faktı indi baş verən hadisə kimi qələmə verirlər. Bu gün ölkədə dini fəaliyyətə və etiqada görə təqib yoxdur. Əgər bu və ya digər şəxs məhkəmə hökmü ilə cəzalandırılıbsa, həbs olunubsa deməli hansısa əməli olub. Yəni bunu birbaşa dinlə bağlamaq olmaz".