Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırıb.
Bizimaz.az
Unikal.org-a istinadən verdiyi məlumata görə, nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahin Verdiyevi vəzifəsindən uzaqlaşdırıb.
Məsələ ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən xəbəri təsdiqləyiblər.