ABŞ Şimali Koreyaya münasibətdə hərb variantını gündəlikdən heç vaxt çıxarmayıb.
xəbər verir ki, bu barədə Fox News telekanalına müsahibəsində
ABŞ-ın vitse-prezidenti
Mayk Pens deyib.
“Hərbi variant heç vaxt istisna edilməyib”, - deyə Pens bildirib. O, həmçinin əlavə edib ki, “əgər
Kim Çen In düşünürsə ki,
Donald Trampla oynaya bilər, böyük səhv edir”.
Xatırladaq ki, bundan əvvəl
ABŞ prezidenti
Donald Tramp Şimali Koreyaya münasibətdə Liviya ssenarisinin nəzərdən keçirilmədiyini açıqlayıb. Rəsmi Pxenyan isə yalnız təzyiq yolu ilə birtərəfli qaydada nüvə silahından imtinanın tələb edilməsinə qarşıdır.